Ziyad Səmədzadə: "Əlavə gəlirlər olarsa və ya yeni istiqamətlər üzrə xərclər artarsa, o zaman büdcəyə dəyişiklik edilməsi istisna deyil"
"2010-cu ilin dövlət büdcəsinin icrası prosesində xərclərin icra olunması istiqamətində heç bir gərginlik yaranmayıb. Nəzərdə tutulan sosial proqramların hamısı yerinə yetirilib". Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, dünyanın bir çox ölkələrində sosial sarsıntıların olmasına baxmayaraq Azərbaycanda dövlət büdcəsinin icrası ilə əlaqədar heç bir çətinlik olmayıb.
Dünya bazarında neftin qiymətinin artması ilə bağlı 2011-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı sualı da cavablandıran komitə sədri bildirib ki, əgər əlavə gəlirlər olarsa və ya yeni istiqamətlər üzrə xərclər artarsa, o zaman büdcəyə dəyişiklik edilməsi istisna deyil: "Lakin bu, real vəziyyətin ilin birinci və ikinci rübündə dəyişməsindən asılı olacaq. Dövlət büdcəsi təsdiq olunarkən orada iqtisadi həyatın bütün sahələri üzrə konkret vəzifələr müəyyən olunur. Hazırda büdcəyə konkret hansı maddələr üzrə dəyişik ediləcəyi haqqında nəsə söyləmək mümkün deyil. Büdcədə hər bir sahə üçün vəsait nəzərdə tutulub. Əgər görsək ki, büdcədə kifayət qədər maliyyə vəsaiti var və onları birləşdirməliyik, o zaman büdcəyə dəyişiklik edilə bilər".
Millət vəkili vurğulayıb ki, ölkədə ən başlıca məsələ Neft Fondundan ayrılan transferlərin azalmasıdır. Onun sözlərinə görə, bu 2012-ci ilin büdcə gəlirlərinin formalaşması məsələsində özünü göstərəcək: "Bəziləri Neft Fondundan çox pul götürdüyümüzə görə bizi qınayırdılar. Amma düşünmürdülər ki, bu, bizim inkişaf etməyimiz üçün yeganə çıxış yolumuz idi. Büdcə xərclərini sürətlə artırmalıydıq ki, heç olmasa inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çataq. Artıq biz o mərhələni keçmişik. Dövlət başçısının söylədiyi kimi nəğdsiz hesablaşmalara keçmək lazımdır. Vergi sistemində dəyişiklik olacaq. Yeni sistem sahibkarlığın inkişafına xidmət edəcək. Hazırda bununla bağlı hesablamalar aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB