ABB 2010-cu ildə ölkə əhəmiyyətli mühüm layihələrin uğurlu icrasına dəstək verib
Maliyyələşmənin əsas istiqamətləri neft-qaz, enerji və qeyri-neft sektoru, o cümlədən tikinti, nəqliyyat, telekommunikasiya, sənaye, ticarət, kənd təsərrüfatı və s. olub. SİA-nın xəbərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC bu tipli layihələrdə əsasən borcalan bank və ya zəmanətçi qismində çıxış etməklə ölkə iqtisadiyyatının inkişafı üçün önəmli olan iri həcmli layihələrin icrasının təmin olunmasına öz dəstəyini göstərib.
Alınmış mal, iş və xidmətlər, habelə avadanlıqların böyük əksəriyyəti ABŞ İxrac-İdxal Bankı, Kanadanın İxracın İnkişafı Agentliyi, Almaniyanın Hermes, Fransanın COFACE, Böyük Britaniyanın ECGD, eləcə də Niderland Krallığı, Çexiya, Finladiya, Koreyanın tanınmış sığorta agentliklərinin sığorta örtükləri və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı və Türkiyənin İxrac İdxal Bankının dəstəyi, habelə regional beynəlxalq bankların (İslam İnkişaf Korporasiyası və Qara Dəniz Ticarət və İnkişaf Bankı) ayırdığı kredit xətləri çərçivəsində orta və uzun müddətlərə (3-14 il) maliyyələşdirilib.
Beləliklə, 2009-2010-cu illər ərzində Azərbaycanda metanol zavodunun tikintisi və onun lazımı avadanlıqlarla təchiz olunması, dövlət proqramından irəli gələn alternativ külək enerjisi stansiyalarının alışı və quraşdırılması, telekommunikasiya sisteminin təkmilləşdirilməsi, ətraf mühitin neft tullantılardan təmizlənməsi və s. kimi layihələrin icrasına nail olunub.
2009-cu illə müqayisədə, 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən layihələrə yönəldilən vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, AVRO-da maliyyələşdirilən layihələrin ümumi məbləği 180,00 milyon, ABŞ dollarında maliyyələşdirilmiş layihələrin həcmi isə 40,00 milyon məbləğində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB