Vüqar Bayramov: “Nabucco" kəmərinin mavi qazla təchiz edilməsində problem olmayacaq”-RƏY
"Nabucco" qaz kəmərinin yaxın 2-3 ildən sonra işə düşməsi realdır, Avropa İttifaqı yaxın illər ərzində bu kəmərlə "mavi yanacaq" alacağına ümid edir. Bunu Brüsseldə Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger bildirib. O qeyd edib ki, Xəzər regionu ölkələri "Nabucco" qaz kəməri layihəsini dəstəkləyiblər və qazın tədarükü ilə bağlı konkret layihələr irəli sürüblər: "Bu razılıq Avropa Komissiyasıının nümayəndələrinin, həmçinin komissiyanın rəhbəri Joze Manuel Barrozunun Türkmənistana və Azərbaycana səfəri zamanı əldə olunub".
G.Ettingerin həmçinin deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti 5-8 il ərzində "Nabucco" vasitəsilə ildə 21 milyard kubmetr qazı satmağa hazır olduğunu bildirib. Türkmənistan tərəfi isə ildə 10 milyard kubmetr "mavi yanacaq" satmağa razıdır. Nəticədə, hər iki ölkə tərəfindən satılacaq və 31 milyard kubmetr təşkil edəcək ki, bu da qaz kəmərinin tam doldurulması üçün kifayətdir.
Bu arada məlumatlara görə, rəsmi Bakı layihəni dəstəkləsə də şərtləri var. Hansı ki, buraya layihə çərçivəsində ikinci təchizatçı ölkənin mövcudluğu daxildir. Belə ki, Azərbaycan təkbaşına qazın nəqli üçün nəqliyyat xərclərini ödəməyə razı deyil. Digər şərt isə Avropanın digər ölkələrinin bazarlarına çıxışının təmin edilməsidir.
Mövzu ətrafında rəyini öyrəndiyimiz iqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, Azərbaycan istehsalçı ölkə kimi qazın nəqli üçün nəqliyyat xərclərini üzərinə götürməkdə maraqlı ola bilməz. Onun fikrincə, bu xərclər konsersium tərəfindən ödənilməlidir: "Konsersium praktiki həmin xərclərin ödənilməsini həyata keçirməlidir. O baxımdan Azərbaycanın mövqeyi başa düşüləndir".
Avropanın digər ölkələrinin bazarlarına çıxışın təmin edilməsi yönündə Azərbaycanın mövqeyinə gəlincə, iqtisadçı-ekspert bildirir ki, Azərbaycan mavi qazı daha çox ölkələrə satmaqla satış qiymətini artırmağa çalışır: "Əgər Azərbaycan mavi qazı məhdud sayda ölkənin bazarlarına daxil olarsa, təbii bu qiymətlərə təsir göstərəcək. Belə halda adətən qiymət Avropa bazarındakı qiymətdən aşağı olur. Bir neçə Avropa ölkəsinin bazarına çıxmaqla Azərbaycan satacağı mavi qazın qiymətini Avropa bazar qiymətlərinə çatdırmağa cəhd etməlidir".
V.Bayramovun sözlərinə görə, Azərbaycan mavi qazın qiymətini yüksək saxlamaqla iqtisadi maraqlarını qorumağa çalışır: "İstər "Nabucco", istərsə də digər kəmərlərin reallaşması vacibdir. Çünki, Xəzəryanı ölkələrin qaz hasilatı artır. Azərbaycanın, o cümlədən Türkmənistanın qaz ehtiyatları proqnozlaşdırılandan daha çoxdur. Əgər əvvəllər Azərbaycanda 2 trilyon kubmetr mavi qaz ehtiyatının olduğu proqnozlaşdırılırdısa, son qiymətləndirmələrə görə, bu rəqəm 7 trilyon kubmetr təşkil edir. Həm kəşf edilən və proqnozlaşdırılan ehtiyatların artması, həm hasilatda müşahidə edilən artımlar mavi qazın nəqli ilı bağlı yeni kəmərlərin inşasını vacib edir".
Ekspert deyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas ölkə hesab olunur: "Son zamanlar "Nabucco"nun reallaşması imkanları daha gerçək qiymətləndirilir. Avropa Birliyi "Nabucco"nun reallaşması istiqamətində praktik fəaliyyət həyata keçirir. Konkret olaraq "Nabucco"ya qoşula biləcək ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan və İraqla ikitərəfli danışıqlar sürətləndirilib. Bundan əlavə əgər əvəllər rəsmi Aşqabad "Nabucco" ideyasını öz ölkəsinə buraxmırdısa, son vaxtlar Türkmənistan hökümətinin sözügedən layihə ilə bağlı mövqeyində dəyişikliklər, yumşalma müşahidə edilməkdədir. Bu da birbaşa Avropa Birliyinin apardığı danışıqlarla bağlıdır".
V.Bayramov deyir ki, Azərbaycanın qaz hasilatı artdığından ixrac üçün yeni kəmərlərin olması vacibdir. Xüsusilə alternativ kəmərlər enerji siyasətinin prioritet məsələlərindən hesab edilir: "Nəzərə alsaq ki, 2010-cu ildə 27 milyard kubmetrə yaxın mavi qaz hasil edilib və hasilatın 2011-ci bundan çox olacağı proqnozlaşdırılır, eyni zamanda 2015-ci ildə "Şahdəniz-2" istifadəyə veriləcək ölkənin qaz hasilatı 45 milyard kubmetrə qədər artacaq. Azərbaycan 2-ci dekadanın sonuna qədər mavi qaz hasilatını ilə 80 milyard kubmetrə qədər artırmaq niyyətindədir".
Hazırkı kəmərlərin imkanlarını mavi qazı Avropaya, o cümlədən digər istiqamətlərə çatdırılması baxımından yetərli olmadığını deyən mütəxəssis bildirir ki, "Nabucco" olmasa belə digər alternativ kəmərin çəkilməsinə ehtiyac var: "Nəzərə alsaq ki, Azərbaycanın Rusiyaya da 2 milyard kubmetr qaz hasil edir. İlkin razılaşmada bu rəqəmin 0,5 milyard kubmetr olsa da, Azərbaycan bu ölkəyə qaz ixracatını təxminən 4 milyard kubmetrə qədər artırmaq niyyətindədir. Lakin istər Rusiyaya, istərsə də İrana qaz ixracatında müəyyən limitlər var . Bu da birbaşa hər iki ölkəyə ünvanlanan qaz kəmərlərinin nəql imkanlarının məhdud olması ilə bağlıdır. Rusiya ilə Azərbaycan arasında olan mövcud qaz kəmərinin malik olduğu imkanlar 6 milyard kubmetr qaz ixracatına imkan verir. İrana isə ixracat kifayət qədər məhduddur. Bu yeni kəmərlərin çəkilməsinin əhəmiyyətini artırır".
İqtisadçının rəyinə görə, "Nabukko" ilə bağlı bir sıra texniki işləri artıq həll edilmış saymaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB