Ötən il “SOCAR Georgia Petroleum” Gürcüstan iqtisadiyyatına 52 milyon lari həcmində sərmayə qoyub
Tbilisidə Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi 2010-cu ilin yekunlarına əsasən, neft məhsulları biznesi sektorunda Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlərin mükafatlandırılmasını keçirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, tədbirdə ötən il Gürcüstan büdcəsinə 150 milyon lari həcmində vergi ödəyən "SOCAR Georgia Petroleum" şirkəti "Dövlət büdcəsinə ən iri vergi ödəyicisi" nominasiyası üzrə qalib elan edilib.
Bundan başqa, "SOCAR Georgia Petroleum" 2010-cu ildə "Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət", "Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri" və "Xeyriyyəçi şirkət" nominasiyalarında da qalib gəlib. Eyni zamanda, ARDNŞ-nin Gürcüstanda idarə etdiyi Kulevi Qara Dəniz Terminalı "Ən yaxşı infrastruktura malik neft və neft məhsulları terminalı" nominasiyasında birinciliyi qazanıb.
Qeyd edək ki, "SOCAR Georgia Petroleum" artıq dördüncü ildir ki, Gürcüstanın dövlət büdcəsinə ən iri vergi ödəyicisi kimi mükafatlandırılır. Sevindirici haldır ki, ARDNŞ-nin həmin törəmə müəssisəsi qonşu ölkəyə ən çox sərmayə yatıran şirkətlər sırasında da birinciliyini təsdiq edib. Şirkət 2010-cu ildə Gürcüstan iqtisadiyyatına 52 milyon lari həcmində sərmayə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB