Tiflisdə "Bakı-Tiblisi-Qars" dəmiryol layihəsi üzrə danışıqlar davam etdirilir

Tiflisdə "Bakı-Tiblisi-Qars" dəmiryol layihəsi üzrə danışıqlar davam etdirilir

Bu gün Gürcüstanın paytaxtı Tiblisidə "Bakı-Tiblisi-Qars" dəmiryol layihəsinin koordinasiya şurasının üçtərəfli toplantısı başlayacaq. SİA-nın "Qruziya-online" saytına istinadən verdiyi xəbərə görə, daha öncə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun Gürcüstanın baş naziri Nika Gilauri ilə görüşü keçiriləcək. Görüşdən sonra koordinasiya şurasının iclası baş tutacaq. Görüşdə Ziya Məmmədov, Ramaz Nikolayişvili iştirak edəcək və sonra tədbirə Türkiyənin tikinti və kommunikasiya naziri Binəli Yıldırımın da qatılacaq.

 

Üçtərəfli görüşdə "Bakı-Tiflis-Qars-Axalkələk" dəmir yolunun inşası ilə bağlı layihə tikintisinin necə yerinə yetirilməsi, Türkiyə və Gürcüstan sərhədindəki 4 km uzunluğunda tunel tikintisi, digər problemlər və tikintinin gələcək mərhələsinin planları müzakirə olunacaq.

 

Qeyd edək ki, ötən gün Gürcüstan və Azərbaycan nümayəndə heyətlərinin geniş tərkibdə iki tərəfli görüş keçirilib. Görüşdə bu il üçün layihənin büdcəsi və Gürcüstan tərəfinə dəmir yolun tikintisi üçün əlavə vəsaitin ayrılması məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə