Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş elmi məqalələr aşağıdakı tələblərə cavab verməlidir:
- Materialın nəzərdə tutulan istiqaməti dolğun əhatə etməsi;
- Faktların və məsələlərin düzgün təhlili;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;
- Mövzu üzrə yeni təkliflərin qeyd olunması;
- Mənbələrə istinad edilərkən müəllif hüquqlarına ciddi şəkildə riayət edilməsi.
Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasını təsdiq edən sənədin elektron surəti ilə birlikdə [email protected] ünvanına təqdim olunmalıdır.
Təqdim edilmiş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.
Müsabiqə ilə bağlı əlavə məlumatı
İqtisadiyyat Nazirliyinin məsul əlaqələndiricisindən əldə etmək olar:
(telefon: 012 310-28-00, daxili: 21-84 / Elmar Hacıyev).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB