Növbəti görüş iyulda Yekaterinburqda keçiriləcək

Növbəti görüş iyulda Yekaterinburqda keçiriləcək

Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü bu il iyulun əvvəlində Yekaterinburqda keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazir qeyd edib ki, forum çərçivəsində şirkətlərlə qurulan dialoq davam etdiriləcək: “Buna qədər isə biz bu gün danışıqlar apardığımız layihələr üzrə işlərə başlamalıyıq. Bu layihələrin icrası üçün onlara lazımi dəstəyi verməyə hazır olmalıyıq”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə