"Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənəcəyinə əminəm"
"Azərbaycan və Rusiya prezidentinin siyasi iradəsinə əsaslanan əməkdaşlığımız inkişaf edir". SİA xəbər verir ki, bunu Rusiya sənaye müəssisələrinin Azərbaycan Respublikasına işgüzar missiyası tədbirində Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı vurğulayaraq, əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini qeyd edib.
Onun sözlərinə görə, aparılan müzakirələr əlaqələrin inkişafı, xüsusilə də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycanın iqtisadi əlaqələrinin genişlənəcəyinə əminliyini bildirib.
Denis Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB