59,5 milyon manatlıq metal məmulatları istehsal olunub

59,5 milyon manatlıq metal məmulatları istehsal olunub

Bu ilin yanvar-fevral aylarında paytaxtda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 59,5 milyon manatlıq məhsul istehsal olunub.
SİA Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə metallurgiya sənayesində 22,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 55,7 faiz azalma müşahidə edilib.
Ötən ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 33,3 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 3,8 faiz, armaturun istehsalı 1,9 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 76 faiz azalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə