Gömrükdə "Elektron növbə" sistemi istifadəyə veriləcək

Gömrükdə "Elektron növbə" sistemi istifadəyə veriləcək

Bu ilin sonuna kimi Dövlət Gömrük Komitəsinin sərhəd buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün "Elektron növbə" sisteminin istifadəyə verilməsi nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov jurnalistlər üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, şəxslər istədikləri yerdə əvvəlcədən sistemdən qeydiyyatdan keçərək sərhəddəki sıxlıqla bağlı vəziyyəti öyrənə biləcəklər: "Vətəndaşlar sərhəddə əziyyət çəkməmək üçün əvvəlcədən qeydiyyatdan keçəcəklər. Daha sonra sərhəddən keçmək istədiyi vaxtı qeyd edəcək və rahatlıqla sərhədi keçə biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə