"Banklara kredit siyasətində böyük dəyişiklik etmələri üçün şərait yaradılıb" MÖVQE-ÖZƏL
“Mərkəzi Bank tərəfindən banklarda faiz dərəcələrinin aşağı salınması istiqamətində zəruri şərait yaradıb. Uçot dərəcələri bir il müddətində iki dəfə aşağı salınıb. Bu, banklara kredit siyasətində böyük dəyişiklik etməsi üçün böyük şəraitdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Son aylarda bankların maliyyə blokunda da mühüm dəyişikliklərin olduğunu deyən deputat söyləyib ki, kredit faiz dərəcələrinin aşağı salınmasında gərək banklar özləri də təşəbbüs irəli sürsünlər.
Onun sözlərinə görə, əgər banklar aşağı faizlərlə qane olsalar, o zaman vətəndaşların da gələcəkdə kreditlərlə bağlı problemləri yaşanmaz: “Dövlət bu məsələdə tənzimləyici rola malikdir, bankların işinə birbaşa qarışmır. Bu baxımdan banklar özləri kredit faizlərinin aşağı salınmasına maraq göstərməlidirlər. Bundan başqa banklar vətəndaşlara yüksək məbləğdə yüksək faizlə maliyyə verdikdə onların geri qaytarılması məsələsini də düşünməlidirlər. Kredit verərkən onun geri qaytarmaq qabiliyyəti mütləq nəzərə alınmalıdır”.
R. Quliyev qeyd edib ki, heç bir bank kredit verərkən vətəndaşların əmlakına güvənməməlidir: “Problemli kreditlərlə əlaqədar məsələlər də bu səbəblərdən yarandı və insanların üzərində külli miqdarda cərimələr yazıldı. Bu da onu göstərir ki, banklarda qərar verən insanlar vətəndaşlara kredit verərkən onların maliyyə mənbələrinə diqqət etməli, kreditlərin geri qaytarılması məsələsinə ehtiyatla yanaşmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB