Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin AZ0105004755 ISIN kodlu, tədavül müddəti 728 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə "Bakı Fond Birjası" QSC-də hərrac keçirilib.

SİA xəbər verir ki, AZ0105004755 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 64,5 milyon manat təşkil edib.
20 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti Maliyyə Nazirliyi tərəfindən 100.9128 (gəlirlilik 7,5 faiz) səviyyəsində müəyyən olunub.
İstiqrazların ödəmə müddəti 2021-ci il martın 2-sidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə