Ötən il ölkə iqtisadiyyatı 1,4 faiz artıb

Ötən il ölkə iqtisadiyyatı 1,4 faiz artıb

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb.

SİA xəbər verir ki, bu barədə martın 6-da Bakıda keçirilən "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum"da Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, keçən il qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım müşahidə olunub və bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.
Baş nazirin müavini qeyd edib ki, bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə