“Ümid”də neftçilərin rahat işləməsi üçün hər cür şərait yaradılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 20 illik fasilədən sonra ilk dəfə olaraq, öz gücü ilə "Ümid" perspektivli strukturunun işlənilməsini həyata keçirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, burada quraşdırılan "Ümid-1" platformasında neftçilərin rahat işləməsi və yaşaması üçün hər cür şərait yaradılıb. Platformada quraşdırılan avtonom elektrik stansiyası bütün istehsal sahələrini fasiləsiz elektrik enerjisi ilə təmin edir. Dəqiqədə 8 kubmetr su təmizləyən qurğu vaxtaçıların içməli suya olan tələbatını ödəyir. Burada hər biri 50 ton tutuma malik 3 su çəni quraşdırılmışdır. Vertolyot meydançası və yanalma körpüləri yüksək səviyyədə fəaliyyət göstərir.
Hər biri 52 nəfərin yaşayışı üçün nəzərdə tutulan 2 üçmərtəbəli yaşayış blokunda neftçilərin asudə vaxtlarının səmərəli təşkili üçün yüksək şərait yaradılıb. Birinci blokda hər bir otaq mebel, soyuducu, televizor, kondisionerlə təchiz edilib, telefon, duşxana və digər rahatlıqlar yaradılıb. İkinci blokda isə radio-rabitə qovşağı, istirahət otaqları, idman zalı, 30 nəfərlik yeməkxana, çörəkbişirmə sexi, camaşırxana və ərzaq anbarlarından ibarət məişət kompleksi yerləşir.
Blokda yüksəksürətli internert də neftçilərin istifadəsinə verilib. Platformada qazma işləri kompüter idarəetməsi ilə təchiz edilən qazma dəzgahı vasitəsilə aparılır. Ən müasir texnologiya ilə işləyən dəzgah qazma işlərini qəzasız və sürətli aparmağa imkan verir. Bununla belə burada neftçilər üçün yüksək səviyyədə təhlükəsiz iş şəraiti yaradılıb. Fərdi mühafizə geyimləri ilə təchiz olunan neftçilərə hər gün təlimatlar keçilir. Platformaya hər biri 40 yerlik 3 ədəd qayıq və 10 yerlik 4 ədəd sal birləşdirilib ki, bunun da vasitəsilə fövqəladə hallar zamanı neftçilərin təhlükəsiz sahilə çatdırılması mümkündür. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə nəzarət edirlər.
"Ümid" platforması beynəlxalq standartlara tam cavab verir. ARDNŞ-nin 1994-cü ildən etibarən müştərək çalışdığı zəngin təcrübəyə, yüksək texnika və texnologiyaya malik beynəlxalq, transmilli neft şirkətləri ilə birgə fəaliyyəti dövründə qazanılmış yeni əmək mədəniyyətinin, müasir texnoloji vərdişlərin nəticədir ki, bu gün "Ümid"də istər təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istərsə də işçilərin sosial-məişət problemlərinin həlli baxımından yüksək effektivliyə nail olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB