"Bu il 674 min hektar sahədə buğda əkilib" AÇIQLAMA-ÖZƏL

"Bu il 674 min hektar sahədə buğda əkilib" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanda buğda üzrə məhsuldarlıq göstəricisi real şəkildə ilbəil artır. Buğda əkin sahələri ilə bağlı da artım müşahidə olunmaqdadır. Ümumilikdə 2019-cu il üçün buğda əkin sahələrində kifayət qədər artım var”. Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, əgər Azərbaycanda 2018-ci ildə məhsul ili üçün 2017-ci ildə həyata keçirilən payızlıq buğda əkini üçün 594 min hektar ərazidən istifadə edilmişdirsə, bu il məhsul əldə etmək üçün 674 min hektar sahədə buğda əkilib: “Bu baxımdan biz növbəti ildə buğda idxalı göstəricilərimizin daha da azalmasına müşahidə edəcəyik ”.

Azərbaycanın əsasən Qazaxıstan, Rusiya və Ukraynadan idxal etdiyini deyən F. Fikrətzadə qeyd edib ki, ötən ilin yanvar ayında 121 min ton buğda idxal edilmişdisə, bu ilin yanvar ayında 109 min ton buğda idxal edilib: “Bu o deməkdir ki, 2018-ci ildən buğda idxalının azalma trendi 2019-cu ildə də davam edib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə