Balaxanıda şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda monitorinq aparılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti ətraf mühitin cari vəziyyətinin qiymətləndirilməsi məqsədilə Balaxanı şəhər tullantılarının zərərləşdirilməsi poliqonunda aparılan monitorinq işlərini davam etdirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqin keçirilməsində əsas məqsəd ərazinin torpaq, su və hava mühitinin çirklənmə səviyyəsini müəyyənləşdirməkdən ibarətdir.
Bunun üçün əvvəlcədən təyin edilən nöqtələrdən nümunələr götürülüb və Ekoloji Monitorinq Departamentinin müasir tipli cihazlarla təchiz edilən Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunub. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, ərazidə (torpaq, su və havada) təsir parametrləri keyfiyyət baxımından xeyli yaxşılaşıb. Həmçinin, ərazinin radiasiya fonu ölçülərək şüalanma ekspozisiya dozasının normaya uyğun olduğu qeyd edilib. Monitorinqin nəticələri göstərib ki, "Təmiz Şəhər" ASC tərəfindən aparılan məqsədyönlü fəaliyyət nəticəsində keçmiş Balaxanı Tullantı poliqonunda ekoloji vəziyyət xeyli yaxşılaşıb. Ərazidə tullantıların idarə olunması qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB