Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək və sərnişinlər bayram tətilində qatarla səyahət edə biləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturu Tikintisi şirkətinin icraçı direktoru Xeyrullah Xadimi deyib. Onun rəhbərlik etdiyi şirkət Qəzvin-Rəşt dəmir yolunun inşasını həyata keçirir.
X.Xadiminin sözlərinə görə, 205 kilometrlik dəmin yolunda 5 stansiya tikilib. Stansiyaların ikisində işlər yekunlaşmaq üzrədir. Yolboyu 28 kilometrlik tunellər tam olaraq istifadəyə hazırdır. Bundan başqa, 9 körpüdə də qatarların sınaq keçidi aparılıb və heç bir problem müşahidə edilməyib.
İcraçı direktor bildirib ki, martın 21-də İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB