Qubad İbadoğlu: "Bakı görüşü "Nabucco" üçün əhəmiyyətli və nəticəli ola bilər"

Qubad İbadoğlu: "Bakı görüşü "Nabucco" üçün əhəmiyyətli və nəticəli ola bilər"

"Bu cür layihələrin reallaşması üçün aparılan müzakirələr çox əhəmiyyətlidir. Bu zəmində siyasi şəxslərin verdiyi bəyanatlardan da çox şey asılıdır. "Nabucco" layihəsi hələ ki, mövcud olmasa da layihə kimi bu mərhələdə gündəmə gəlməklə həm investorlara, də ayrı-ayrı ölkələrə, həm də qaz hasilatına ehtiyac olan ölkələrə Bakıdan mesaj gedəcək. Bunu SİA-ya açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bu mesajlar həm Azərbaycan, həm də Avropa İttifaqı prezidenti tərəfindən verildiyinə görə, reaksiyalara məruz qalacaq: "Amma indiki halda da müəyyən reaksiyalar var. Bildiyiniz kimi, artıq "Nabucco" qaz kəmərinin çəkilişi üzrə beynəlxalq konsorsiumun icraçı direktoru Reynhard Mitçke deyib ki, hazırda ayrı-ayrı ölkələrlə müzakirələr gedir və müzakirələr müsbət yekunlaşarsa, investisiya planı bu ilin sonuna kimi təsdiq oluna bilər. Bu baxımından hesab edirəm ki, Bakı görüşü əhəmiyyətli və nəticəli ola bilər".

Türkmənistanla Azərbaycanın "Nabucco"nun qazla təmin etməsinə gəlincə iqtisadçı ekspert bildirib ki, nəzərə alsaq ki, bu kəmərin tikintisi müəyyən vaxt alcaq və həmin müddət ərzində Azərbaycan öz qaz hasilatını genişləndirmək imkanı qazanacaq. Eyni zamanda Türkmənistan qaz hasilatına görə dünyanın dördüncü ölkəsidir və qaz potensialı genişdir: "Həmçinin növbəti illərdə Azərbaycanda da qaz istehsalının artım dinamikası gözlənilir. Bu zəmində Azərbaycan və Türkmənistan qazı "Nabucco" qaz kəmərinin ehtiyacını ən azı ilkin dövrdə ödəməsinə şərait yarada bilər. Burada digər alternativlərdə var. Kəmərin mənbəyinin diversifikasiyası istiqamətindən söhbət gedir. Bu istiqamətdə Rusiya ilə danışıqlar gedir. İranla da gələcəkdə də danışıqların aparılması nəzərdə tutulur".

"Cənub Axını" ilə "Nabucco"nun birləşməsinə gəlincə iqtisadçı ekspert hesab edir ki, bu Rusiyanın mövqeyindən asılı olacaq. Çünki Avropanın qaz ehtiyatının 40 faizini təmin edən Rusiyanın iştirakı əhəmiyyətli rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə