Gəncədə aqrar sahədə innovativ informasiyaya dair konfrans keçirilib
Gəncə şəhərində aqrar sahədə innovativ informasiya sisteminin formalaşması və inkişaf istiqamətlərinə dair elmi praktiki konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər aparılan aqrar islahatlar nəticəsində Azərbaycanda hazırda kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasının, məhsuldarlığının daha da yüksəldilməsinin geniş potensial imkanları əmələ gəldiyini qeyd ediblər.
Bu potensial imkanlardan istifadə etmək üçün aqrar sahədə yeni texnologiyaların tətbiqi, elmi-innovativ tədqiqatların aparılması bu gün aktual bir məsələ kimi qarşıya qoyulub. Bildirlib ki, elmi-praktik konfrans həm alimlərin elmi nəticələrinin bir-biri ilə bölüşməsinə, həm də fermerlerlə qarşılıqlı müzakirə şəraitində innovativ texnologiyaların istehsalatda tətbiqinə təkan verəcək.
Konfransda Gəncə və ətraf rayonlarda yerləşən elmi-tədqiqat institutlarının və universitetlərin alimləri, Yevlax, Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin mütəxəssisləri, regionun qabaqcıl fermerləri iştirak edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB