Natiq Əliyev və İran İslam Respublikasının energetika naziri neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Bu gün Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev İran islam Respublikasının energetika naziri, həmçinin OPEK-in sədri Seyid Maqsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya nazirliyin mətbuat katibi Azər Məsimli məlumat verib. O bildirib ki, görüşdə iki ölkə arasında neft və qaz, energetika sahəsində əməkdaşlıq məsələləri, neft və qaz yataqlarının birgə işlənməsi, birgə hasilat, neft və qazın emalı, nəqli, satışı, mübadiləsi məsələləri geniş müzakirə edilib.
Onun sözlərinə görə, görüş zamanı eyni zamanda Neft Kimya Kompleksində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, bu sahədə birgə layihənin həyata keçirilməsi zərurəti vurğulanıb. Bundan əlavə görüş zamanı iki ölkə arasında neftə, qaza, energetikaya dair birgə layihələrin maliyyələşdirilməsinin nəzərdə tutacaq enerji bankının yaradılması ilə bağlı ətraflı müzakirələr aparılıb və belə bir bankın yaradılması ideyası irəli sürülüb.
"Belə bir bank yaradılarsa, həmin bank gələcəkdə iki ölkə arasında energetika, neftə, qaza aid birgə layihənin həyata keçirilməsini maliyyələşdirə bilər. Bundan başqa görüşdə iki ölkə arasında alternativ enerji mənbələri ilə əməkdaşlıq məsələləri və bu sahədə imkanların ödənilməsində təcrübə mübadiləsi geniş müzakirə olunub. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib",- deyə mətbuat katibi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB