"Yaponiya ilə Avropa İttifaqı arasında müqavilə bu gündən qüvvəyə minib"

"Yaponiya ilə Avropa İttifaqı arasında müqavilə bu gündən qüvvəyə minib"

Yaponiya ilə Avropa İttifaqı (Aİ) arasında azad ticarət barədə hərtərəfli müqavilə fevralın 1-dən qüvvəyə minib. AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən tərəflər arasında əmtəələrin 90 faizi rüsumlardan azad ediləcək, çox geniş sahədə ticari qaydalar və investisiyalar liberallaşacaq.

Yaponiya və Avropa İttifaqı əhalisinin ümumi sayı 640 milyon nəfər təşkil edir. Qlobal ÜDM-in 28 faizi, dünya ticarətinin isə 37 faizi həmin ərazidə yaşayan insanların payına düşür. Müqaviləyə əsasən, Yaponiya Aİ-dən ixrac etdiyi məhsulların 94 faizini, Aİ isə öz tərəfindən Yaponiyadan ixracın 99 faizini rüsumlardan azad edəcək.

Yaponiya hökumətinin bildirdiyinə görə, bu müqavilə ticarəti və investisiyaları genişləndirərək, ölkənin ümumi daxili məhsulunu təqribən 1 faiz artıracaq və 290 minə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə