İN və DGK arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

İN və DGK arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb. SİA xəbər verir ki, sənəd yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində imzalanıb.

Sənədə əsasən, ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə