Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "Darvin bankası" yatağındakı yeni 620 nömrəli meydançadan ilk quyunun qazma işlərinə başlayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qirməki Lay Dəstəsinə qazılan 677 nömrəli həmin quyunun layihə dərinliyi 1280 metrdir. Quyudan sutkada 5 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 620 nömrəli meydançadan ümumilikdə 20 quyunun qazılması planlaşdırılır. Geoloqların hesablamalarına görə, orta dərinliyi 1350 metr təşkil edəcək quyuların hər birindən sutkada 5 ton neft alınacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB