Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası Bakıda keçiriləcək ANONS

Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası Bakıda keçiriləcək ANONS

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, növbəlilik prinsipi ilə hər iki ölkədə keçirilən İşçi Qrupunun sonuncu - 7-ci iclası noyabr 2017-ci il tarixində Almaniyanın paytaxtı Berlində keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə