Ötən il Kulevi Qara Dəniz Terminalından 3 600 000 ton neft və neft məhsulu ötürülüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı ötən ilin dekabr ayı ərzində 317 864 ton neft və neft məhsulları qəbul edib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay terminal vasitəsilə 415 449 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.
Qeyd edək ki, ötən ilin dekabrında terminal vasitəsilə noyabr ayına nisbətən 37% çox neft və neft məhsulu ötürülüb. Ümumilikdə isə 2010-cu ildə Kulevi Qara Dəniz Terminalından 3 600 000 ton neft və neft məhsulu ötürülüb. Bu da bir il əvvəlki dövrlə müqayisədə 56% çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB