Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat ayrılıb SƏRƏNCAM

Kürdəmirdə yol tikintisinin davam etdirilməsinə 8,8 milyon manat ayrılıb SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 25-də “Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

SİA xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə