ARDNŞ ötən il büdcəyə 1 milyard 262 milyon 890 min manat ödəniş edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin dekabr ayında dövlət büdcəsinə 191 milyon 329 min manat vəsait ödəyib. ARDNŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2010-cu ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 262 milyon 890 min manat ödənilib.
Bundan başqa, cari ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 894 min manat vəsait köçürüb ki, bu da ötən ilin dekabr ayına nisbətən 1 milyon 932 min manat (116,2%) çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş, operativ məlumata əsasən, 137 milyon 982 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 819 min manat (119,8%) çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB