“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10500-ə çatıb
Azərbaycanda həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10500-ə çatıb. Bu barədə SİA-ya layihəni həyata keçirən Bestcomp Group şirkətinin marketinq və menecer şöbəsindən Cəmilə Əmiraslanova məlumat verib. O bildirib ki, bu rəqəm layihənin iki mərhələsi çərçivəsində satılan kompüterləri ifadə edir. Onun sözlərinə görə, ötən ilin iyul ayından start verilən layihənin hazırki mərhələsində satılan kompüterlərin sayı ümumi sayın yarısından azını təşkil edir.
O söyləyib ki, layihənin ilk mərhələsində yalnız müəllimlər kompüter əldə edə bilərdisə, hazırki mərhələdə, müəllimlərlə yanaşı tələbə və dövlət qulluqçuları da bu imkandan istifadə edə bilərlər.
Hər iki mərhələdə eyni modelli kompüterlərin təqdim edildiyini deyən C.Əmiraslanova vurğulayıb ki, bu kompüterlərə bir stolüstü kompüter, 4 notebook və 1 netbook daxildir. O qeyd edib ki, layihə iştirakçılarına HP povilyon notebooku da təklif olunur.
Layihədə tələbələrin iştirakına gəlincə şirkət rəsmisi bildirib ki, tələbələrə kompüter verilən zaman valideynlərin iştirakı mütləqdir: "Kompüterlər verilən zaman müqavilə bağlanır. Lakin tələbələr heç yerdə işləmədiyindən onlarla müqavilə bağlamaq mümkün deyil. Məhz bu səbəbdən də valideynlərin iştirakı mütləqdir. Amma burada bir məsələ ondan ibarətdir ki, valideyn ya dövlət qulluqçusu olmalı, ya da tanınan şirkətlərdən birində çalışmalıdır".
Xatırladaq ki, "Xalq Kompüteri" layihəsi HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.
Layihənin hazırkı mərhələdə əsas məqsədi orta ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB