İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. SİA rəsmi mənbələrə istinadən xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.
Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB