2010-cu ilin dekabr ayı ərzində ARDNŞ 7369 metr qazma işi həyata keçirib

2010-cu ilin dekabr ayı ərzində ARDNŞ 7369 metr qazma işi həyata keçirib
2010-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7369 metr qazma işi həyata keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu sahədə görülən işlərin 7169 metri istismara, 200 metri kəşfiyyata aid olub. Həyata keçirilən kəşfiyyat qazmasının hamısı struktur axtarış qazmasına aid olub. Ümumiyyətlə, 2010-cu ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136324 metr qazma işi görülüb ki, bunun da 127858 metri istismara, 8466 metri kəşfiyyata (o cümlədən, 1785 metr struktur axtarış qazması) aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə