Ötən il ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 11 milyard 509 milyon 420 min kubmetr “mavi yanacaq” verib
2010-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin təbii qaz təchizatı sisteminə 909 milyon 982 min kubmetr "mavi yanacaq" verib. Qurumun mətbuat Ximətindən SİA-ya verilən xəbərə görə, ay ərzində yeraltı qaz anbarlarına 22 milyon 190 min kubmetr "mavi yanacaq" vurulub, 160 milyon 961 min kubmetr götürülüb. Bununla da dekabr ayı ərzində 1 milyard 048 milyon 753 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 932 milyon 830 min kubmetr təbii qaz verilib, Gürcüstana 38 milyon 728 min kubmetr, Rusiyaya 40 milyon 317 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 36 milyon 878 min kubmetr "mavi yanacaq" ötürülüb.
Qeyd edək ki, ARDNŞ cari ildə Azərbaycan Respublikasının yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulan öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-dekabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 11 milyard 509 milyon 420 min kubmetr "mavi yanacaq" verib ki, bu da proqnozdan 1 milyard 179 milyon 420 min kubmetr çoxdur.
Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı üzrə müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 804 milyon 183 min kubmetr "mavi yanacaq" götürülüb. Eyni zamanda yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 924 milyon 413 min kubmetr qaz vurulub.
Beləliklə, 2010-cu ilin yanvar-dekabr ayları ərzində 10 milyard 389 milyon 190 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 8 milyard 921 milyon 757 min kubmetr təbii qaz verilib, Gürcüstana 339 milyon 158 min kubmetr, Rusiyaya 799 milyon 751 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 328 milyon 524 min kubmetr "mavi yanacaq" ötürülüb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən "Azəriqaz" İB-nin qaz-nəql sistemində və "Azneft" İB-nin Qaz anbarlarının istismarı İdarəsinin kompressor təsərrüfatında yerinə yetirilən texniki işlər nəticəsində qazgötürmə mövsümünün əvvəlindən 01 yanvar 2011-ci il tarixinədək yeraltı qaz anbarlarında 3,1 milyard kubmetrə yaxın qaz tədarük edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB