Azərbaycanda bank müştərilərinin kredit hesabları noyabr ayı ərzində 9 340 və ya 0,4% artaraq 2018-ci il dekabrın 1-nə 2 596 150-yə çatıb. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Hesabata əsasən, həmin ilin əvvəli ilə müqayisədə isə kredit hesablarında 117 217 və ya 4,7% artım müşahidə olunub. Qeyd edək ki, 2018-ci il dekabrın 1-nə ölkədə 6 292 776 bank müştərisinin 17 776 280 hesabı olub. Müştəri hesablarının da 14 819 225-i cari, 360 905-i isə depozit hesablarının payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB