Kənd Təsərrüfatı Nazirliyinin Laçın və Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) inzibati binalarının təmir edilməsi ilə bağlı keçirilən kotirovka sorğusunun nəticələri məlum olub. SİA xəbər verir ki, hər iki tenderin qalibi "Arena-İnşaat" MMC olub.
Qalib şirkətə Laçındakı Mərkəzin təmir işləri üçün 80 680,43 manat, Xocalıdakı Mərkəzin təmir işləri üçün isə 42 442,48 manat, yəni ümumilikdə 123 122,91 manat ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB