Əli Məsimli: “2011-ci ildə müəyyən templər aşağı düşəcək” - MÜNASİBƏT
"Hesab edirəm ki, 2010-cu ili qlobal maliyyə iqtisadi böhranından sonrakı dövrün iqtisadiyyatının canlanma mərhələsi kimi qiymətləndirmək olar". Bu sözləri millət vəkili Əli Məsimli SİA-ya açıqlamasında deyib.
O bildirib ki, dünya iqtisadiyyatında gedən həm müsbət, həm də mənfi meyillər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Millət vəkilinin sözlərinə görə, Azərbaycan maliyyə böhranından az itki ilə çıxdığına görə, ölkəmizin iqtisadi göstəriciləri əksər ölkələrin göstəriciləri ilə müqayisədə xeyli dərəcədə yaxşıdır.
Ölkəmizdə 5 faizə qədər artım olduğunu deyən Ə.Məsimli vurğulayıb ki, bu həm MDB, həm də dünya ölkələri ilə müqayisədə yaxşı göstəricidir: "Eyni zamanda investisiyaların artımı ümumi daxili məhsul (ÜDM) artımını üstəliyir. Qeyri-neft sektorunun artımı həm ÜDM-i, həm də ki, neft sektorunu üstəliyir. Bu da gələcək üçün yaxşı əsasdır. Amma eyni zamanda təbii fəlakətlər bütün dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bilirsiniz ki, 2010-cu ildə ölkəmizdə təbii fəlakət baş verdi. Bunun nəticəsində biz 2010-cu ilin dövlət büdcəsinin müəyyən hissəsini məhz həmin fəlakətin qarşısının alınması üçün sərf etməyə məcbur olduq. Arzu edək ki, 2011-ci ildə və digər illərdə Azərbaycanda təbii fəlakət olmasın. Həmin 300 milyonları biz sosial prosseslərin digər istiqamətlərinə, əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldək. O ki, qaldı 2011-ci ilə iqtisadi inkişafın davamı bu ildə də olacaq. Düzdür, templər müəyyən qədər aşağı düşəcək. Amma işlər öz axırı ilə gedəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB