"Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub"

"Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub"

"2017-ci ildə ÜDM-də özəl sektorun payı 84%, məşğulluqda isə 76% təşkil edib". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq dünən, bu gün, sabah" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 mlrd. dollar sərmayə qoyulub: "Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan 250 mlrd. dollarlıq investisiyaların 50%-dən çoxu xarici investisiyalardır. Bu investisiyaların 60%-dən çoxu qeyri-neft sektoruna yatırılıb. Bu illər ərzində xarici ticarət tərəfdaşları 1,5 dəfə, xarici ticarət 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə