Kulevi terminalı nəzarət-ölçmə avadanlığının kalibrlənməsinin keyfiyyət artırma proqramını həyata keçirir

Kulevi terminalı nəzarət-ölçmə avadanlığının kalibrlənməsinin keyfiyyət artırma proqramını həyata keçirir
Kulevi Qara Dəniz Terminalının dinamik inkişafı terminalın metroloji təminatı da daxil olmaqla strateji məqsədlərin həyata keçirilməsi üçün əlverişli mühit yaradıb. Eyni zamanda Terminalda metroloji təminatın keyfiyyətinin və əhatə dairəsinin artırılmasına yönəldilmiş inkişaf proqramları həyata keçirilir. Burada ölçmələrin vəhdətini və ölçmə avadanlıqlarının metroloji təminatını təmin etmək məqsədi ilə mərkəzi kalibrləmə laboratoriyası yaradılıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Qara Dəniz Terminalının metroloji təminatının əhatə dairəsinin genişləndirilməsi vacib və perspektivli layihələrdən biridir.

Bu istiqamətdə terminal rəhbərliyi tərəfindən ciddi addımlar atılır. Buna misal olaraq mərkəzi kalibrləmə laboratoriyasının RP-50 (Prufpumpe Prufgerate fur Wasserleitungen) kimi metroloji avadanlıqlarla təchiz edilməsini göstərmək olar. 2010-cu ilin dekabrında Qara Dəniz Terminalı qaz analizatorlarının kalibrlənməsi üçün tələb olunan bütün avadanlıqları əldə edib, terminal mütəxəssisləri isə müvafiq ixtisasartırma kurslarına göndəriliblər. Ölçmə avadanlıqlarının kalibrlənməsindən başqa, Qara Dəniz Terminalı, həmçinin Kulevi portuna daxil olan gəmilər üçün neft məhsulları və ballast sularının laborator analizlərini də həyata keçirir. Dəqiq ölçmələrin təmin edilməsi və inkişaf etdirilməsi məqsədi ilə metrologiya sahəsində yeniliklərin tətbiq edilməsi və metroloji təminatın keyfiyyətinin artırılması işləri 2011-ci ildə də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə