2010-cu il üçün ARDNŞ-ın iqlim dəyişmələri

2010-cu il üçün ARDNŞ-ın iqlim dəyişmələri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan olunması Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) 2006-cı ildən həyata keçirilən ekoloji layihələrə geniş vüsət alıb. Qurumun il ərzində ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bir sıra irimiqyaslı layihələr həyata keçirilib və yaxın 10 il üçün ekoloji problemlərin minimuma endirilməsi məqsədilə mühüm strateji sənədlər işlənib hazırlanıb. Ekoloji təbliğatın gücləndirilməsi məqsədi ilə üçün beynəlxalq səviyyəli konfranslar keçirilib.

ARDNŞ-nin Ekologiya İdarəsinin "Ekoloji Park"ında alternativ enerjidən istifadə sahəsində pilot layihə reallaşdırılıb. ARDNŞ-nin təsdiq edilən ekoloji sənədləri arasında beynəlxalq əhəmiyyət kəsb edən iki sənəd xüsusi qeyd olunmalıdır. Bu sənədlər qlobal iqlim dəyişmələrinə təsirin yumşaldılması ilə əlaqədar qəbul olunub. Bunlar Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq (GGFR) Təşkilatı ilə birlikdə hazırlanıb "ARDNŞ və ARDNŞ-nin iştirak etdiyi layihələrdə atmosferə atılan səmt qazının azaldılması üzrə Plan" və Almaniyanın İqtisadi Araşdırmalar İnstitutu (DIW econ) ilə birlikdə hazırlanıb "İqlim dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-in Strategiyası" sənədidir. Sözügedən sənədləri ictimaiyyətin müzakirəsinə çıxartmaq və Xəzəryanı ölkələrin neft və qaz şirkətləri ilə iqlim dəyişmələri sahəsində fikir mübadiləsi aparmaq məqsədi ilə Bakıda ARDNŞ, Dünya Bankı, GGFR və Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişmələrinə təsirinin azaldılması təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi" mövzusunda Beynəlxalq Konfrans keçirilib.

"Ekologiya ili" çərçivəsində ARDNŞ tərəfindən həyata keçirilən ekoloji yönümlü işlər Azərbaycan Respublikasının və o cümlədən şirkətimizin beynəlxalq imicini yüksəldib, ona böyük şöhrət qazandırıb. Bir çox beynəlxalq təşkilat və xarici şirkətlər ekologiya sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində gələcəkdə ARDNŞ-lə əməkdaşlıq etmək niyyətlərini bildirib, bu istiqamətə xüsusi maraq göstərdiklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə