Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri Astara rayonuna səfər ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilə xəbərə görə, əvvəlcə rayondakı 2 saylı qaz-kompressor stansiyasına gələn şirkət rəhbərləri burada aparılan yenidənqurma işləri ilə tanış olublar. Kompressor stansiyasında keçirilən səyyar müşavirədə ARDNŞ-nin Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyev bildirib ki, Astara Kompressor Stansiyası 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin edilməsi məqsədilə tikilərək istismara verilib. Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bağlanan müqaviləyə əsasən, qonşu ölkəyə təbii qazın nəqli məqsədilə Astara şəhərində yeni kompressor stansiyasının inşası zərurəti yaranıb.
O vurğulayıb ki, hazırda "Astara kompressor stansiyasının genişləndirilməsi obyekti" üzrə yeni inşa olunan stansiyada birinci mərhələdə 6 ədəd 10 QKNAM markalı qaz mühərrikli kompressor aqreqatları quraşdırılıb: "Gələcəkdə həmin kompressor aqreqatlarının sayının 10-a çatdırılması nəzərdə tutulub. Eyni zamanda Astara Kompressor Stansiyasında hazırda istismar olunan mövcud aqreqatların da 70-75 atmosfer təzyiqə modernizasiya olunması planlaşdırılır. Stansiyanın giriş separatorları, giriş və çıxış xətləri, ölçü və yanacaq qazı qovşaqları və onların boru xətləri quraşdırılıb, sınaq işləri aparılıb. Stansiyada hava kompressorları və yağ sistemi quraşdırılaraq işlək vəziyyətə gətirilib".
ARDNŞ prezidenti Rövnəq Abdullayev müşavirəyə yekun vuraraq Azərbaycan qazının cənub istiqamətində nəqli üçün mühüm əhəmiyyət kəsb edən bu stansiyada işlərin qısa müddətdə başa çatdırılması istiqamətində konkret tapşırıqlar verib. Daha sonra ARDNŞ prezidenti Astarada tikilən Bayraq Meydanına gəlib, burada görülən inşaat işlərinə baxış keçirib. Obyektin tikintisi qənaətbəxş qiymətləndirilib, işlərin yekunlaşdırılması üçün müvafiq göstərişlər verilib.
Qeyd edək ki, ARDNŞ-nin maliyyə vəsaiti hesabına bir neçə rayonda bayraq meydanları tikilərək istifadəyə verilib. Ölkəmizin bölgələrində, xüsusən də Astara, Qusar, Lerik, Füzuli kimi sərhəd rayonlarında bu kimi obyektlərin inşa edilməsi insanların vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB