Noyabr ayı ərzində avtomobil bazarında mövsüm üçün xarakterik olmayan passivlik qeydə alınıb. Ötən ay müşahidə olunan passivlik ilin yekunu ilə bağlı təklifin kəskin artımı ilə bağlı olub.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, noyabr ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklif 43.2 faiz artımla müşahidə olunub. Təklifin tələbi üstələmə tendensiyası noyabrda daha kəskin xarakter alıb və təklif son illərdə ən yüksək həddə yüksəlib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki aylarla müqayisədə azalma müşahidə edilib. Ay ərzində bağlanan əqdlərin dinamikası aşağı düşsə də, qiymətlərdə dəyişiklik müşahidə olunmayıb. Noyabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə sabit qalıb və 15209 dollar təşkil edib.
Bazarda müşahidə olunan passivlik noyabr ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olub, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşüb.
Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 14400-dən artıq avtomobilin 25,7 faizi bazara məhz noyabr ayı ərzində təklif olunub. Digər 74,3 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki aylarda olduğu kimi köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası noyabr ayında da davam edib və bazarda təklif əmsalının artımının dəyişmədiyi qeydə alınıb. Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payı oktyabr ayı ilə müqayisədə 22,7 faiz artımla müşahidə edilib, bu markanın ümumi portfeldə payı 34,9 faiz təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınıb. Təklif üzrə ən cox artım istismarda olmuş Almaniya istehsallı avtomobillər üzrə qeydə alınıb. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə 9 markanın təklif üzrə payı 85,6 faiz təşkil edib. Yerdə qalan 14,4 faizi isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB