FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr müzakirə olunur

FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr müzakirə olunur

Dekabrın 13-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə seminar təşkil edib. SİA xəbər verir ki, seminarda "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi", "Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə heyvandarlığın inkişaf etdirilməsi" layihələri müzakirə olunur.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, Azərbaycan FAO-nun ən önəmli tərəfdaşlarından biridir və bu istiqamətdə çox səmərəli işlər görülür.

KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəolunması üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, təqdim olunacaq layihələrin dəyəri 1,3 milyon dollardır və hər iki layihə 3 il ərzində həyata keçiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə