“SOCAR”ın daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

“SOCAR”ın daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

Zığ şossesində "SOCAR" brendi ilə fəaliyyət göstərəcək daha bir yanacaqdoldurma məntəqəsinin açılışı olub. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla, şirkət rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Rəmzi qırmızı lenti kəsdikdən sonra məntəqədə çalışanları təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev burda yaradılmış şəraitlə tanış olub.

Ona məlumat verilib ki, SOCAR brendi altında fəaliyyət göstərəcək 6-cı yanacaqdoldurma stansiyasında kiçik yeməkxana, valyuta dəyişmə məntəqəsi, market, poçt terminalları, kontaktsız yuma xidməti fəaliyyət göstərir. ARDNŞ-nin digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada da tədarük və satışa, digər istehsalat proseslərinə vahid mərkəzdən nəzarət etmək imkanı verən yeni avtomatlaşdırılmış sistem quraşdırılıb.

ARDNŞ-nin emal müəssisələrində istehsal olunan məhsulların satılacağı bu məntəqənin tikintisindən razı qaldığını bildirən və burada paytaxt əhalisinə yüksək səviyyədə xidmət göstəriləcəyinə əminliyini vurğulayan R. Abdullayev bildirib ki, 2011-ci ilin sonuna qədər ARDNŞ "SOCAR" brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələrinin sayını 20-yə catdırmağı planlaşdırır.

Daha sonra ARDNŞ prezidenti kollektivi yeni il münasibəti ilə təbrik etmiş və uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə