"Qətərin OPEK-dən çıxması təsir imkanlarının azalmasının etirafıdır"

"Qətərin OPEK-dən çıxması təsir imkanlarının azalmasının etirafıdır"

“Qətərin OPEK-dən çıxmaqla bağlı qərarı təsirinin azalması ilə əlaqələndirilir”. SİA-nın xəbərinə görə, bu barədə Twitter-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaşı yazıb.

"Qətərın OPEK-dən çəkilməsi ilə bağlı qərarının siyasi aspekti onun siyasi izolyasiya işığında rolu və təsirinin azalmasını etiraf etməsidir”, - deyə XİN başçısı öz hesabında qeyd edib.

Qeyd edək ki, dünyanın ən böyük sıxılmış təbii qaz ixracatçısı olan Qətər qaz ambisiyalarına diqqətini yönəltmək üçün yanvar ayından OPEK-ə üzvlüyünü dayandıracağını bəyan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə