"Vergiyə görə bağlanan istehsal müəssisələrinə güzəştlər edilsin" TƏKLİF
“Bu gün Vergilər Məcəlləsinə edilən dəyişikliklər bu sahədə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Burada əsas prinsip vergi ödənişlərini vergi ödəyicilərinin sayına görə artırılmısıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı çıxış edərkən deyib.
O bildirib ki, dəyişikliklərdə nəzərə alınacaq məsələlərdən biri vergi yükünün az olmasına görə bağlanan istehsal müəssisələri müəyyən müddətdə vergidən azad etməklə yenidən fəaliyyətə qaytarmaqdır: “Belə müəssiələrə yenidən güzət etməklə gələcəkdə vergi ödəyicilərinin sayını artırmaq olar. Bundan əlavə eyni məhsulu istehsal edən, lakin fərqli coğrafiyada yerləşən vergi ödəyicisinin ödəyəcəyi məbləğ fərqli olmalıdır. Bununla regionlarda vergi ödəyicilərin sayının artmasına imkan yanar, regionların inkişafı üçün bu cür güzəştlərin edilməsi yaxşı olardı”.
Deputat söyləyib ki, Azərbaycanda istehsalçılar var ki onlar kiçik və orta biznesin fəaliyyətini izləyirlər: “ Belə ki, əgər kiçik sahibların ticari dövriyyəsi müəyyən maliyyəni ötdüyü zamanı həmin istehsalçılar onun yanında eyni məhsullun satışını həyata keçirməklə kiçik biznesi sıradan çıxarırlar. İstehsalçı müəssisələr öz məhsullarının pərkanəndə satışı ilə məşğul olmamalı, digər şəxslərin bu prosesdə inkişafına şərait yaradılmalıdır. Əks halda, alqı-satqı ilə məçğəul olan sahibkarlıq sıradan çıxa bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB