"Növbəti ilin büdcəsində islahatlara 256 milyon manat vəsait ayrılıb"

"Növbəti ilin büdcəsində islahatlara 256 milyon manat vəsait ayrılıb"

“Azərbaycan Respublikası prezidentinin sərəncam və fərmanları ilə yeni yaradılan və strukturunda müvafiq dəyişikliklər edilən bir sıra təşkilatlarda maliyyə təminatının həll edilməsi məsələsi üçün 5.5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”. Bunu çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri bildirib ki, bu təşkilatlara Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq publik hüquqi şəxs, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi publik hüquqi şəxs və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin publik hüquqi şəxs daxildir.

Onun sözlərinə görə, növbəti ilin büdcəsində 256 milyon manat vəsait islahatlarla bağlı xərclər üçün nəzərdə tutulub: “Səsləndirilən təkliflərə əsasən, bələdiyyələrə dotasiya 500 min manat azaldılacaq. Millət vəkilləri tərəfindən büdcə müzakirələri zamanı səsləndirilən bir sıra təkliflər ənənəyə uyğun olaraq növbəti illərin büdcəsində öz əksini tapacaq. Bütün təkliflərin həyata keçirilməsi üçün 7 milyard manat vəsait tələb edir. Bu həcmdə vəsaitin büdcəyə əlavə edilməsi qeyri-realdır. Bu məsələlər mərhələli şəkildə öz həllini tapacaq”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə