“Elektron hökümət" demokratik cəmiyyətin tərkib hsssədir - ŞƏRH
Son 15 il də ölkəmizdə dünya standartlarına cavab verən müasir milli ödəniş infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı işlər görülüb. Bununla bağlı Prezidentimizin Fərman və Sərəncamları mövcuddur. Məqsəd də Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirməkdir. 2001-ci ildə banklardaxili hesablanmaların sistemi AZİPS, 2002-ci ildə isə kiçik ödəmələr üzrə hesablanma klirinq sistemi fəaliyyətə başlamışdır. Bununla banklardaxili hesablanmaların bütöv tərzdə elektronlaşdırılmışdır. Azərbaycanda nağdsız hesablaşmalarla bağlı prosesə 2005 -2007 -ci illər də Milli Ödəmə Sistemlərinin İnkişafına dair Dövlət Proqramının təsdiqlənməsilə start verilib. 2005-ci ildən sonra əmək haqları, pensiyalar və sosial müavinətlərin plastik kartlarla verilməsi prosesi sürətləndirilib. 2006-cı ildən satış nöqtələrində posterminallar quraşdırılır. Hazırda Azərbaycanda 5 milyondan çox plastik kart, 2 min 500-ə yaxın bankomat, 37 mindən çox pos-terminal var. Ölkədə 5 prosessinq mərkəzi fəaliyyət göstərir və yeni ödəniş sistemləri tətbiq edilir.
Keyfiyyətcə yeni mərhələ
Hər bir vətəndaş istənilən vaxtı MilliÖn və eManat vasitəsi ilə ödənişlər həyata keçirə bilər. Ödənişi bankların, internet klubların, qaz idarələrinin nəzdində, kabelli televiziya dilerlərində və digər yerlərdə etmək olar. Hazırda respublikamızın ərazisində 5 minə yaxın ödəniş nöqtəsi və 20-yə yaxın ödəniş növü fəaliiyət göstərir. MilliÖn və eManat xidmətləri vasitəsi ilə mobil operatorların, internet provayderlərin, kabel televiziyasının, sığorta xidmətlərinin, şəhər telefonlarının, mənzil-kommunal təsərrüfatı xidmətlərinin (su, işıq, qaz, o cümlədən, qaz smart kartının balansının doldurulması), bank xidmətlərinin, mərc oyunlarının və digər xidmətlərin ödənişini etmək mümkündür. Ümumilikdə, ödəmə terminalları vasitəsi ilə 50-dan artıq təşkilatın və şirkətlərin ünvanına ödənişlər həyata keçirilə bilər. Ödəmələrin evdə, yaxındakı bankomatda, küçədəki avtomatlardan həyata keçirilməsi insanların rahatlığının təmin olunmasına, vaxt itkisinin aradan qaldırılmasına mühüm təkan verir.
Rahat həyat və səmərəli fəaliyyət Azərbaycan vətəndaşının haqqıdır
Faktlar təsdiq edir ki, ölkəmizdə "Elektron hökümət" portalına müraciət edənlərin sayı getdikcə artır. Ödəniş etmək çox sadələşib. Artıq banka getmək və ya poçt xidmətində uzun növbələrə durmaq lazım deyil. Müasir ödəniş sistemi köşklər 24 saat ərzində, hətta bayram və istirahət günləri də işləyir. Bu sistemin istifadə rahatlığı və adət edilmiş iş forması ödəniş prosesini asanlaşdırır, heç bir mürəkkəb məsələlər yaratmır. İnsanlar lazımi məbləği ödəyir və ödəniş, ani olaraq onun hesabına yazılır. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, ödəyicinin hesabında olan vəsait yalnız ödəyişi qəbul edən operatorun hesabına köçürülə bilər. Buradan vəsaiti geri çıxarmaq mümükün deyil. Çətinlik və ya hər hansı problem yaranarsa, onu qısa müddətdə aradan qaldırmaq mümkündür. Bunun üçün günün istənilən vaxtında *0010 nömrəsinə zəng etmək kifayətdir. Araşdırmalara əsasən, demək olar ki, növbətçi əməkdaşlar abunəçilərin üzləşdiyi çətinliyi və ya problemi ən qısa vaxtda həll edəcəklər. Əhaliyə təqdim olunan daha bir yenilik isə Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli Fərmanına əsasən yaradılmış "ASAN Ödəniş" sistemidir. Əhalinin əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də, elektron bankçılıq xidmətlərinin "ASAN Ödəniş" sisteminə inteqrasiya imkanları yaradılıb. Birmənalı şəkildə, demək olar ki, "ASAN Ödəniş" sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir. Çünki rahat həyat və səmərəli fəaliyyət Azərbaycan vətəndaşının haqqıdlır. Ölkəmizin sosial-iqtisadi inkişafı, hüquqi-demokratik dövlət quruculuğu prosesinə sadiqlik insanların Azərbaycan dövlətinin yaratdığı geniş şəraitdən bəhrələnməyə imkan verir.
İbrahim Balabəyov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB