TND-nin təşviqi ilə bağlı Hindistanda təqdimat keçiriləcək
Gələn il Hindistanda Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı təqdimat keçiriləcək. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib. Nazir, həmçinin bildirib ki, 2019-cu ildə Hindistana səfər nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Transxəzər Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı təqdimat Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində keçirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB