“Bu gün Azərbaycanda əməkhaqqıları digər ölkələrlə müqayisədə çox aşağıdır”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.
Komitə sədri bildirib ki, əməkhaqqlarının uçotu düzgün aparılmır: “Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.
Komitə sədri qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycan neftdən asılı olduğu deyilir: “Amma unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Neft Fondu heabına iqtisadiyyatımızı yeniləmişik, bu fonda hesabına su kəməri çəkmiş, neft yataqlarını inkişaf etdmişik.Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır.Neft Fondunun şəffaflığı dünya tərəfindənq qəbul edilir. Bu fondun bir sıra məqsədlər üçün bundan sonra istifadə edilməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB