Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard manat vəsait daxil olacaq

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard manat vəsait daxil olacaq

2019-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb. SİA-nın xəbərinə görə, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə parlamentdə komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, mütləq ifadə ilə 22 milyard 918 milyon manat təşkil edəcək: "Bu da 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatdan çoxu qeyri-neft sektoru üzrə, 13 milyard 700 milyon manatı isə neft gəlirlərinin payına düşəcək".

Nazir müavini bildirib: "2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 316 milyon manat vəsait daxil olacağı proqnozlaşdırılır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə