İlin sonuna qədər bölgələrdə yeni poçt obyektləri istifadəyə veriləcək

İlin sonuna qədər bölgələrdə yeni poçt obyektləri istifadəyə veriləcək
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC ilin sonuna kimi regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırılır. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 22-23 dekabr tarixlərində respublikanın Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək.

Bundan əlavə dekabrın 28-də və 29-da Azərpoçt tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki, Ağsu rayonun Padar, eləcə də Yevlax rayonunun Xaldan və Tanrıqullar kəndlərində poçt şöbələri üçün yeni binaların açılışı nəzərdə tutulur.

Yeni binalar milli üslubda tikilib və lazımi texniki avadanlıq, eləcə də mebellə təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə