“Layihələrin idarə olunması” mövzusunda sahibkarlara təlim proqramı keçirilib
Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində GTZ Almaniya Federativ Respublikasının İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin tapşırığı ilə 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayınadək rəsmi qurumları və özəl sektoru təmsil edən rəhbər işçilərə arzu olunan ixtisasartırma kurslarının keçirilməsi üçün infrastrukturun yaradılması məqsədilə "Menecment treninq" layihəsini həyata keçirir. SİA-nın xəbərinə görə, təlim proqramı Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə həyata keçirilir.
Layihənin birinci mərhələsi çərçivəsində 01 – 03 noyabr 2010-cu il tarixlərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində seçilmiş trenerlər üçün "Layihələrin idarə olunması" mövzusunda "Trenerlərin Treninqi" təlim proqramı həyata keçirilib. Yüksək ixtisaslı beynəlxalq ekspertlərin dəstəyi ilə 14 yerli trener təlim proqramında iştirak edib. Bu trenerlər gələcəkdə Azərbaycanda ixtisasartırma sahəsində təlimlər keçirəcəklər.
Növbəti mərhələdə, noyabr ayının 11-dən dekabr ayının 11-dək 200 mütəxəssis və rəhbər işçinin "Layihələrin idarə olunması" mövzusunda 3 günlük seminar çərçivəsində təlimlərdə iştirak edəcəyi nəzərdə tutulsa da ASK-da təşkil olunmuş həmin seminarlarda 173 nəfər iştirak edərək müvafiq sertifikat alıb.
2011-ci ilin may-iyun aylarında layihənin ıı hissəsi olan "Bacarıqların inkişaf etdirilməsi" mövzusu üzrə müvafiq seminarların təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB